Strateji Planlaşdırma və Biznes Təşkili

Biznes Modelin Seçilməsi və Tətbiqi, İnvestisiya Təqdimat Sənədlərinin Hazırlanması

Qurmaq istədiyiniz biznes ideanıza – startap layihəsinə uyğun modeli seçərək, ona uyğun planlaşdırma edirik, bu plan əsasında siz biznesinizin başlamasında və inkişafında möhim rol oynayacaq fundamentləri və onların ən düzgün tətbiqləri ilə uğura addımlamaya başlayırsınız. Əlinizdə investorları cəlb etmək üçün ilkin plan və sənədlər olur.

Biznes Plan Hazırlanması

Müasir qaydalara uyğun olaraq pəşəkar biznes planın hazırlanması ilə siz, bazar analizini, maliyyə prognozlarını, marketinq stratejisini əhatə edən və biznesin yaxud ideanızın potansialını sizə göstərən strateji yol xəritəsi əldə edirsiniz. Bununla yanaşı, sizə məqsədlərinizə çatmaq üçün önəmli addımlar atmaya yol göstərir.

Yeni Biznes Qurulumu üzrə Məsləhətlər

Yeni qurmaq istədiyiniz bizneslər üçün qurulum və idarəetmə üzrə məsləhətləşmələr

Hüquqi qeydiyyat, brendinq, bazara daxil olma stratejisi

Yeni qurmaq istədiyiniz müəssisənizi qeydiyyatdan keçirərək VÖEN alınır, brendiniz üçün istəyiniz və tələblərinizə uyğun olaraq qısa müddətli plan hazırlanır və plana uyğun olaraq logotip, sosial media hesabları, sahədən asılı olaraq qablaşdırma, paket və promo məhsulları, veb saytı hazırlanır, qısa müddətli bazara daxil olma stratejisi hazırlanır

İş Yeri Prossesi Planlama, Qurulum və Yüksəldilməsi

Götürdüyünüz yeni obyektlərdə yerləşim planının hazırlanması, ehtiyac olan texniki avadanlıq və sistemlərlə təmin olunmasına, ehtiyac olduqda pəşəkar tikinti şirkətləri və brigadaları cəlb edərək istəyinizə uyğun təmir və dekorasiyasına kömək edirik

İnkubasiya və İnvestisiya Cəlbi üçün Hazırlıqlar

Resurs, təlim, məsləhət, əlaqələrin qurulması və investisiya cəlbi üçün müəyyən sənədlərin hazırlanmasıdır